İQTİSADİYYAT NAZİRLİYİNİN SÜRÜNDÜRMƏÇİLİYİ… “İKİ AYDIR ƏRİZƏNİ GÖNDƏRMİR…” – ŞİKAYƏTbackend

İQTİSADİYYAT NAZİRLİYİNİN SÜRÜNDÜRMƏÇİLİYİ… “İKİ AYDIR ƏRİZƏNİ GÖNDƏRMİR…” – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14 günə göndərilməli olduğu ərizəni 2 aydır göndərmir.

Tribunainfo.az yazır ki, vətəndaş Kamran Həsənov bu barədə şikayət edib. O bildirib ki, qaynar xətt də şikayətlərə baxmır:

“Şikayətim Əmlak Məsələləri Dövlət Xidmətindəndir. Sözdə 14 iş günü ərzində poçtla göndərilməli olan ərizə artıq 2 ay yarımdı verilmir. Yerli idarə isə işlərinin çox olduğunu bildirir, zamanı gələndə verəcəyik deyirlər. Bu necə olur, başa düşmək olmur, qaynar xətt də şikayətlərə baxmır”.