İqtisadiyyat Nazirliyindən yarım milyonluq layihə

İqtisadiyyat Nazirliyindən yarım milyonluq layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” MMC “Risk Təhlili və Monitorinqi Sistemi”nin təkmilləşdirilməsi xidmətlərini satın alır.

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə MMC 464 920 AZN xərcləyəcək.

Birlik “Mina” şirkəti ilə (1 ədəd riskli vergi ödəyicilərinin emalı modulu, 1 ədəd əlavə dəyər vergisi (ƏDV) idarəetmə paneli, 1 ədəd elektron qaimə-faktura üzrə idarəetmə paneli, 1 ədəd əməkdaşlar və göstəriciləri bölməsi, 1 ədəd mesajlar bölməsi, 1 ədəd e-mail bölməsi) müqavilə bağlamağı planlaşdırır.