İqtisadiyyat Nazirliyi ilə İlham Şıxseyidov üz-üzə

İqtisadiyyat Nazirliyi ilə İlham Şıxseyidov üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqrisadiyyat Nazirliyi ilə “Conco” QSC arasında məhkəmə çkişməsi davam edir.

Tribunainfo.az xəbər verir ki, “Conco” QSC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib. Tərəflər arasında yaranmış problemin mahiyyəti açıqlanmır.

“Conco”nun müraciəti əsasında başladılmış işlə bağlı proses 20 fevral tarixinə təyin edilib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Elvin Əliyevi icraatındadır.

Qeyd edək ki, “CONCO” QSC Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən şirkət olaraq tanınır. QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən