Bu gün Bakı İnzibati Məhkəməsində İqtisadiyyat Nazirliyinin işinə baxılacaq.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, iş İran İslam Respubikasının Qırmızı Aypara Cəmiyyətinin nümayəndəliyinin iddiası əsasında aparılır. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.
İşə bu gün saat 17:10-da hakim Aygün Əhədovanın sədrliyi ilə baxılacaq.