İqtisadiyyat Nazirliyi ilə “AzİnTelecom” üz-üzə – MƏHKƏMƏbackend

İqtisadiyyat Nazirliyi ilə “AzİnTelecom” üz-üzə – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi ilə “Azerbaijan İnternational Telekom (AzİnTelecom)” MMC məhkəməlik olub.

Tribunainfo.az xəbər verir ki, iddianı “AzİnTelecom” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Tərəflər vergi məsələləri üzrə yaranmış problem səbəbindən üz-üzə gəlib.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 7 noyabr tarixində hakim Mehriban Qarayevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “AzİnTelecom” MMC-nin rəhbəri Elxan Əzizovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar