İqtisadçı Xırdalananın yollarından şikayətçidir: “Yollar hələ də qardan təmizlənməyib”backend

İqtisadçı Xırdalananın yollarından şikayətçidir: “Yollar hələ də qardan təmizlənməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qar yağmasından artıq 2 gün keçib, amma hələ də Xırdalanın mərkəzi parkında piyada yollar buzdan təmizlənməyib. İnsanlar sürüşə-sürüşə gedir.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Xırdalanda yaşayan iqtisadçı Samir Əliyev yazıb. O bildirib ki, yollardn qarın təmizlənməməsi səbəbindən 3 dəqiqəlik yolu 35 dəqiqəyə getməli olurlar:

“Təsəvvür edin, bura hələ Xırdalanın mərkəzidir, parkın bu başından o biri başına qədər olan məsafədir. Qar yağmasından 2 gün keçib, amma hələ də Xırdalanın mərkəzi parkında piyada yollar buzdan təmizlənməyib. İnsanlar sürüşə-sürüşə gedir. Hamı bilirdi ki, növbəti günlər şaxtalı olacaq, yollar buz bağlayacaq. Digər şəhərlərdə olduğu kimi Xırdalanda da şəhər təsərrüfatının idarəçiliyi bərbad haldadır.
Nə qədər ki, şəhər təsərrüfatı İcra Hakimiyyəti strukturlarından alınıb bələdiyyələrə verilməyib vəziyyət belə də qalacaq. İcra Hakimiyyətləri strukturu ümumiyyətlə ləğv edilməlidir”.