İqtisadçı Tarif Şurasını tənqid etdi

İqtisadçı Tarif Şurasını tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Azərbaycan gömrüyünə bəyan edilməyən dərman preparatlarının aşkarlanması xəbəri yayıldı. Bu, yanlış siyasətin nəticəsidir. Səbəb dərman inhisarçılığı, Tarif Şurası tərəfindən yanlış və mənasız tənzimləmə siyasətidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, dərman istehsalı olmayan, 94% xaricdən asılı olan ölkədə qiymətlər qonşu ölkələrə nisbətən dəfələrlə bahadır, satılan dərmanların keyfiyyəti isə çox aşağıdır:

“Dəfələrlə təklif etmişik ki, Tarif Şurasının qiymət tənzimlənməsi ləğv edilməlidir, bazar açılmalıdır, rəqabətli mühit təsis edilməlidir, dərman pereparatlarına pərakəndə satışına tədbiq edilən 18% ƏDV 2%-ə salınmalıdır. Siyasi iradə olsa, bu addımları atmaq üçün hökumətə 1 saat bəs edir”.
Nigar