İQTİSADÇI-EKSPERTDƏN SƏRT TƏNQİD: “SAHİBKARLAR TURİSTLƏRİ…”backend

İQTİSADÇI-EKSPERTDƏN SƏRT TƏNQİD: “SAHİBKARLAR TURİSTLƏRİ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklə, gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75% azaldılacaq. Tətbiq olunacaq güzəştin təsirləri necə olacaq? Belə olan halda otellərdə ucuzlaşma gözlənilə bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, əhalinin əksər hissəsi nəinki regionlara əsasən xarici ölkələrə üz tutur. Və yaxud da regionlara üz tutanlar otel və pansionatlardan daha çox günlük evləri üstün tuturlar.

“Ümumiyyətlə, turizm sektorununda boşluqlar var. Bəzi sahibkarlar birdən-birə varlanmaq istəyir. Məsələnin ən pis tərəfi isə xarici turistlərdir. Onlar xarici turist görəndə “xarici valyuta” kimi görürlər. Güzəştlər tətbiq olunsa da, qiymətlərdə eniş olsa da xidmət səviyyəsi sıfıra yaxındır. Əvvəla bu sahədəki “qara mühasibatlığı” ortadan qaldırmaq lazımdır. Birbaşa audit yoxlaması lazımdır. Çünki vergidən yayınma var. Sahibkar qiyməti münasib etsə mənfəətini say çoxluğundan qazanar. Xidmət sektoruna gəldikdə bu sahənin digər mənfisi odur ki, işçiyə olduqca az maaş verib çox iş yükləməkdir. Feodalizm və ya quldarlıq dövrüdür sanki. İşçi də sanki bütün işin stresini müştərinin üzərinə tökür. Regionlarda iş problemi olduğu üçün məcburiyət qarşısında qalıb işləyirlər. Burada məsələnin digər pis yönü işçi haqlarının qorunmamasıdır. Baxırsan ki, sahibkar tərəfindən yetərincə əzilən işçi bəzi özünü bilməz müştərilər tərəfindən qul nökər baxışı kimi də əzilir. Bu problemlər aradan qaldırılmalıdır. Bu sahədə olan rəsmi qurumlar razılaşmaya bilərlər fikrimcə, əhali arasında sorğu olsa bu və ya digər səbəblərdən fikirlərimlə razılaşarlar ki, 90 faizi istirahətə gedə bilmir”.