Milli Məclisin Səhiyyə komitəsində keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər müzakirə olunub, təklif ediblər ki, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Tribunainfo.az yazır ki, bu dəyişiklik qəbul ediləərsə, qəbul edilmiş digər qanunun maddələrini pozur. İqtisadşı Natiq Cəfərli bildirib ki, maddələr ziddiyət təşkil edir:
“Qanunun 9.4.-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Amma indi deyirlər ki, ancaq resepti olan dərmanları ölkəyə gətirmək olar. Yaxşı, ölkədə qeydiyyatı olmayan dərmanlara ölkədə hansı həkim resept yazacaq, və ya yaza bilər ki?!”.