İqtisadçı: Dəhşətli yoxsulluq gəlir – VİDEObackend

İqtisadçı: Dəhşətli yoxsulluq gəlir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin TV aparıcısı Duyğu Dəmirdağın qonağı olan iqtisadçı İslam Məmişin kasıblıqla bağlı fikirləri sosial şəbəkədə gündəmə çevrilib.

Tribunainfo.az bildirir ki, “Bir dosta lazım” proqramında danışan iqtisadçı aparıcının “2030-cu ilə kimi nə görəcəyik?” sualına “əsl yoxsulluq” cavabını verib.

“İnsanlar gələcəkdə yoxsulluğun necə olduğunu görəcəklər. “Yoxsulluğu indi də yaşayırıq” deyənlərə dərhal cavab verim: Hələ gördüyünüz nədir ki? Əsl yoxsulluq pulun olub, heç nə ala bilməməkdir. Yəni cibində pulun var, ancaq ala biləcəyin heç nə yoxdur”, – o bildirib.

İslam Məmiş belə bir situasiyanın bütün dünya üçün gözlənilən olduğunu bildirib.

Sözügedən videonu təqdim edirik: