İQTİSADÇI AZƏBAYCAN DƏMİR YOLLARINI YIXIB-SÜRÜDÜ… VİDEObackend

İQTİSADÇI AZƏBAYCAN DƏMİR YOLLARINI YIXIB-SÜRÜDÜ… VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləcəri Dəmiryol Stansiyasında çoxlu logistik problemlər var. Tablolar, istiqamət göstəticiləri, eskalatorlar yoxdur, minib-düşmək üçün isə sərnişinlərə cəmi 1 dəqiqə vaxt verirlər.

Tribunainfo.az xəbər verir ki, bu problemi iqtisadçı Zöhrab İsmayıl işıqlandırıb. O bildirib ki, qatarın stansiyada cəmi bir dəqiqə dayanması hələ onun sürət qatarı olması demək deyil. Bununla qatar sürətli olmur:

“Ən böyük problem ondan ibarətdir ki, bu stansiyada qatar cəmi bir dəqiqə dayanır. Nəzərə alınmalıdır ki, düşənlərlə paralel minən də var. Hamının əlində yükü olur. Bəzən sərnişin yükünü yerləşdirə bilmir və ona kömək etmək lazım olur. Belə çıxır ki, stansiyalarda dayanma vaxtını qısaldaraq vaxt udurlar və adına da sürətli qatar deyirlər. Belə olmamalıdır axı. Stansiyada qatar normal qaydada dayanmalıdır. Stansiyaların sayı da, qatarın sürəti isə artırılmalıdır.
Stansiyada heç bir tablo, məlumat xarakterli lövhə, işarə yoxdur. Qatar nə vaxt gələcək, nə vaxt yola düşəcək kimi informasiyaları da göstərən lövhələr yoxdur. Sərnişinlər bunu əzbər bilməlidir. Hansı qatarın getdiyini, hansının geri döndüyünü bilmək üçün, nəyisə tapmaq üçün mütləq kiməsə yaxınlaşmalı, kimdənsə soruşmalısan”.

İqtisadçı bildirib ki, Biləcəri stansiyası ən böyük stansiyadır və buna görə də burada xeyli iş görülməlidir:

“Bu stansiyanı daha rahat etmək lazımdır. Həmçinin dəmir yolu səfərləri pandemiya dövründən hələ də işləmir. Hansı bölgələrə dəmir yolu xətti varsa, oralara da sürətli qatar səfərləri təşkil edilməlidir.
Açıq danışaq, bizdəki sürət qatarı deyil. Sürət qatarı sürətlə gedir. Avropada 300 km saat sürətlə, Ukraynada 200-dən çox gedir”.