TİA.AZ xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri təhsilin keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə öz etırazlarını bildirib. TİA.AZ xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri təhsilin keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə öz etırazlarını bildirib.
“Iqtisad Universitetinin tələbələrindən bizə çox ciddi sikayət gəlib..İqtisad Universitetində bir neçə gün əvvəl fakültə rəhbərliyi (İSE) yeni imtahan sisteminə keçildiyini və artıq öz auditoriyalarımızda deyil, imtahan zalında imtahan ediləcəyimiz bildirildi. bura kimi hər şeyokay, prinsipdə bir fərq etmir əslində. Amma dünən məlum oldu ki dərs vaxtında çox fərqli zamanda imtahan verəcəkmişik. 2-ci növbənin dərsi saat 14:00-da başlayır, amma imtahan 9:20-də. Yazılıimtahandı, buna ciddi hazırlaşmaq lazımdı ki, yüksək qiymət ala bilək. amma belə olan halda imtahana hazırlaşmağa arada qalan 3 saat olur demək olar ki. Gündəlik dərslərimizi oxumağa, sərbəst işlərimizi hazırlamağa vaxt qalmır, şəxsi işləri və istirahətimizi saymıram heç. Etiraz etdik ki əvvəlki qaydaya qaytarılsın.
Əsas məsələyə gələk. Bu gün axşam məlum olub ki, imtahanlar yenidən dərs saatlarına qaytarılıb. İmtahan cədvəlinə baxanda UNEC-in bizə hazırladığı böyük sürprizlə qarşılaşdıq. 2 gün sonra imtahan var, 3 fənndən və dalbadal. İmtahanların hamsının ingiliscə yazılı imtahan olduğunu və digər fakültələrdən daha az vaxt verildiyini də nəzərə alsaq bu qərarın nə dərəcə qərb standartlarına uyğunlaşmaq, təhsilin keyfiyyətini artırmaq olmasını sual altına qoyur.
Bütün tələbələr olaraq Rektor Ədalət Muradova narazılığımızı bildiririk…”