Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun Qarabağda sülhün əsas təminatçısı olduğunu deyir. Qarabağda kimlə-kim arasında sülhü təmin edirlər ki?! Bu, çox yersiz bəyanatdır. 7 fevral seçkilərindən sonra Azərbaycan iqtidarı açıq şəkildə “rusməramlıların” çıxacağını deməlidir.
Tribunainfo.az yazır ki, REAL Partiyasının üzvü Natiq Cəfərlinin fikrincə, seçkinin önə çəkilməsi səbəblərindən biri də 2025-ci ilə qədər sülhməramlıların qalma mandatlarının olmasıdır. Həmin il seçkilərə Şimaldan ciddi müdaxilələr ola bilərdi:
“Necə ki, 2013-də “Milyarderlər İttifaqı”, “şura-mura” ilə buna cəhd etmişdilər. Ona görə də, seçkidən həmən sonra “rusməramlıların” çıxıarılma təqvimi elan edilməlidir”.