İQLİM DƏYİŞİKLİYİ… HƏDSİZ İSTİLƏR VƏ QURAQLIQ BU ÖLKƏLƏRİ VURACAQ…backend

İQLİM DƏYİŞİKLİYİ… HƏDSİZ İSTİLƏR VƏ QURAQLIQ BU ÖLKƏLƏRİ VURACAQ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm adamları getdikcə artmaqda olan isti havalarla bağlı apardıqları növbəti araşdırmanın nəticələrini paylaşıblar.

Tribunainfo.az xəbər verir ki, Almaniyada aparılan bir araşdırma nəticəsinə görə, Şərqi Aralıq dənizi və Yaxın Şəq tezliklə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. İqlim dəyişikliyinin hədsiz hiss ediləcəyi ölkələrdən biri də Türkiyə olacağı bildirilir.

Araşdırmanın nəticəsinə görə, istilər iki qat artacaq. Hədsiz istilər, quru külək, quraqlıq, toz fırtınaları, yağışlar çoxalacaq.

Yaşadığımız əsrin sonlarına qədər sözügedən bölgədə istilik 5 dərəcəyə qədər artacaq. Xüsusilə yay aylarında bənzəri görülməyən anomal istilər müşahidə ediləcək.