İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?backend

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Lerik Broyler” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 602.-4-cü (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilib.
602.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.
“Lerik Broyler” MMC keçmiş deputat İqbal Məmmədova məxsusdur. Şirkət İqbal Məmmədovun qardaşı Çingiz Məmmədov, daha sonra isə onun oğlu Orxan Nərimanlı rəhbərlik edib.
2019-cu ildə “Relax” istirahət mərkəzində Vergi İdarəsinin əməkdaşlarına qarşı fiziki güc tətbiq etdikləri üçün İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı həbs olunublar.