İpoteka krediti borcu tam ödənilmədikdə də əmlak vətəndaşa qala bilər. Xezerxeber.az xəbər verir ki, bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Yəni, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə – yəni vətəndaşa qalacaq. İqtisadçı Rəşad Həsənov bildirir ki, qanunvericiliyə edilən dəyişikliklər qanunun təkmilləşdirilməsi məqsədi daşıyır.
İqtisadçının sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər vətəndaşlar və varislər üçün hüquqi prosedurların sadələşdirilməsinə kömək edəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, ipoteka predmeti satıldıqda və məhv olduqda ipotekaya xitam verilir.
Daha ətraflı videomaterialda: