Bu gündən Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb.
Bu gündən Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb.
“Report” xəbər verir ki, artıq “Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına verilən ipoteka kreditindən istifadə etmək istəyən hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimdə Elektron Hökumət Portalına daxil olaraq müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət edə bilər.
Yeni sistemin tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.