İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 85 milyon manat və ya 8 % artırılaraq 1 milyard 68 milyon 400 min manatdan 1 milyard 153 milyon 400 min manata çatdırılıb.
Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
Fonda bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.