İPL: “Liverpul” autsayderə uduzdu – VİDEObackend

İPL: “Liverpul” autsayderə uduzdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında (İPL) XXVII tur davam edir.

Tribunainfo.az xəbər verir ki, “Bornmut” öz meydanında “Liverpul”la qarşılaşıb.

Bu matça qədər 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış meydan sahibləri doğma azarkeşləri önündə qələbəyə seviniblər. Qarşılaşmanın taleyini 1 qol həll edib. Billinqin 28-ci dəqiqədə vurduğu top komandasına 3 xal qazandırıb.

“Liverpul”un ulduzu Məhəmməd Salah isə 69-cu dəqiqədə penalti zərbəsini qola çevirə bilməyib.

Bu nəticə ilə xallarının sayını 24-ə yüksəldən “Bornmut” turnir cədvəlində 16-cı sıraya yüksəlib. Mersisaydlılar isə 42 xalla 6-cı yerdə qalıblar.