“iPhone15” ucuzlaşacaqbackend

“iPhone15” ucuzlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Apple aşağı tələbat və artan rəqabət şəraitində Çində ən son iPhone modellərinə əhəmiyyətli endirim edəcək.
Tribunainfo.az  xəbər verir ki, bu barədə Reuters şirkətin Çindəki rəsmi saytına istinadən məlumat yayıb.
Yanvarın 18-dən 21-dək olan dövr üçün qiymətlər 500 yuan (70 dollar) azaldılacaq. Aksiya Çin Yeni ilinin qeyd olunması ilə əlaqədardır.
Mütəxəssislər qeyd edirlər ki, Çində iPhone 15 satışları Amerika korporasiyasının əvvəlki modellərindən xeyli zəif olub. Bu qismən onunla izah olunur ki, Huawei və Xiaomi kimi Çin şirkətləri bu yaxınlarda istehlakçılara rəqabətədavamlı modellər təqdim ediblər. Eyni zamanda Çində bir çox dövlət və özəl şirkətlər öz işçilərinə Apple cihazlarından istifadə etməyi qadağan edib.
Jefferies analitiklərinin fikrincə, Çində iPhone satışı 2024-cü ilin ilk həftəsində ötənilin eyni dövrü ilə müqayisədə 30 faiz azalıb. Bütün 2023-cü il üçün satış 3 faiz azalıb.