İPhone servis xidmətinin FIRILDAĞI-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Servis xidmətindən daha sonra qadına bildiriblər ki, Azercell-lə müqavilə olduğu üçün  təmir olunan telefondan operatorla əlaqə mesaj vasitəsilə saxlanılır
 TİA.AZ xəbər verir ki, sosial şəbəkələrdə Aidə adlı istifadəçi İPhone servisin xidmətindən narazı qaldığını bildirib. O, adıçəkilən servisdə onun telefonundan istifadə edildiyini bildirir. Həmin şikayəti olduğu kimi sizlərə çatdırırıq:”Telefonum keçən ayın 8-dən İPhone servisində idi. Kamerası dağılmışdı. 27 gün sonra mənə təhvil verildi. Elə dünən telefonumdan istifadə olunduğunu aşkarlamışam.Keçən  ayın 12-də və bu həftənin bazar ertesi Azercell-dən mesaj gəlib. Və mesaj bölməsində unudulub qalıb. Hansı ki, telefonda olan bütün məlumatlar format olunub və bu mesajin olması telefonun keçən aydan təmir olunduğunu göstərir. Bir az əvvəl iPhone servisə zəng edib, şikayətimi bildirdim. Xanım mənə  dedi ki, “ bəlkə telefon yoxlanılırmış?” Mənim telefonumun səs, diktafon bolməsində heç bir problem olmayıb və kameranı yoxlamaq üçün nomrə daxil etməyə ehtiyac yoxdur!Servis xidməti bir az sonra mənimlə əlaqə saxlayacağını bildirdi. Təbii ki, öz alcaq hərəkətlərini gizləmək üçün daha “ağıllı “ səbəblər düsünəcəklər.”
Servis xidmətindən daha sonra qadına bildiriblər ki, Azercell-lə müqavilə olduğu üçün  təmir olunan telefondan operatorla əlaqə mesaj vasitəsilə saxlanılır. Lakin maraqlıdır ki, gələn mesajda Azercell telefonun təmiri ilə deyil, mahnı yüklənilməsi ilə bağlı bildiriş yollayıb. Buna görə istifadəçi iddia edir ki, əslində kamera düzəldikdən sonra servisdə onun telefonundan istifadə ediblər.

NÜŞABƏ
TİA.AZ