“iPhone 7” hamilə qadının qolunun yanmasına səbəb olu b. “iPhone 7” hamilə qadının qolunun yanmasına səbəb olub.
TİA.AZ-ın məlumatına görə, Melaine Tan Pelaez adlı bir qadın ikinci dərəcə yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Talehsiz qadın yanan qolunun şəkilini çəkərək sosial şəbəkədə paylaşıb. Qadın bildirir ki, qolunun bu günə düşməsinə “iPhone 7” səbəb olub.
Pelaez səhər oyandığında qolunda qırmızı yanıq olduğunu görüb. Acı hiss edən qadın təcili xəstəxanaya yollanıb. Edilən müayinə nəticəsində Pelaezenin qolunun yad cisim tərəfindən yandığı məlum olub. Hamilə qadın sonradan aydınlaşdırıb ki, bu hadisəyə səbəb “iPhone 7” olub. Qadının qolundakı yanıq izləriylə cihazın ölçüsünün də uyğun olması şübhələrigücləndirib.