Apple şirkəti bu gün illik “Awe-Dropping” tədbirində yeni iPhone 17 seriyasını təqdim edir. Bu dəfə lineup-a dörd model daxil edilib: iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro və iPhone 17 Pro Max.
Tribunainfo.az xəbər verir ki, iPhone 17 Air – Plus modelini əvəz edən və Apple tarixində ən incə flaqman smartfon hesab edilir. Təxminən 5,5 mm qalınlığı ilə əvvəlki nəsillərdən xeyli nazikdir.
Performans – Standart model A19, Pro modelləri isə daha güclü A19 Pro çipi ilə təchiz olunub.
Ekran – bütün modellərdə 120 Hz ProMotion OLED ekran.
Kamera – Pro modellərdə 8x optik zoom, 48 MP telefoto kamera və 8K video çəkilişi. Əlavə olaraq “dual-video recording” funksiyası eyni vaxtda ön və arxa kamera ilə çəkiliş imkanı verir.
Batareya – iPhone 17 Pro Max təqribən 5000 mAh batareyaya sahibdir. Bu, iPhone 16 Pro Max-dan 40%-ə qədər güclüdür.
Dizayn və material – Pro modellərdə əvvəlki titan çərçivədən daha yüngül alüminium çərçivə tətbiq olunub.
Yaddaş və RAM – Pro modellərdə 12 GB RAM və 256 GB-dan başlayan yaddaş təklif olunur. Standart model 8 GB RAM ilə gəlir.
Alıcıları həm də əsas qiymət maraqlandırır. ABŞ bazarında iPhone 17 üçün başlanğıc qiymət 799 $, Pro model üçün 1099 $, Pro Max üçün isə təqribən 1250 $ elan olunub.
Azərbaycan manatı ilə (1 USD ≈ 1.7 AZN):
iPhone 17 – təqribən 1360–1380 AZN
iPhone 17 Pro – təqribən 1860–1900 AZN
iPhone 17 Pro Max – təqribən 2120 AZN və yuxarı
Lakin rəsmi satışda gömrük rüsumları və əlavə vergilər səbəbindən qiymətlərin ən azı ikiqat artacağı gözlənilir. Buna görə də mağazalarda iPhone 17 seriyasının qiyməti təxminən 2700–4000 AZN aralığında ola bilər.
Gülşən Rəsul