“JPMorgan” analitiklərinin hesabatından məlum olduğu kimi, “Apple” smartfonlarının ən azı iki yeni modelinin qiyməti dəyişməz qalacaq.
Mütəxəssislərin fikrincə, iPhone 17-nin sadə versiyası iPhone 16 ilə eyni qiymətə — 799 dollara satılacaq. Ən bahalı model olan iPhone 17 Pro Max-ın qiyməti də dəyişməz qalacaq və 1199 dollar təşkil edəcək.“JPMorgan”ın məlumatına görə, “Apple”ın iPhone 17 Pro-nun qiymətinin 1099 dollar qaldıracağı gözlənilir. Bu, iPhone 16 Pro-dan 100 dollar çoxdur. Belə ki, bu modelin yaddaş tutumu 128 GB deyil, 256 GB-dan başlayacq.
iPhone 17 Plus-u əvəzləyəcək iPhone 17 Air modelinin qiyməti 949 dollardan başlayacaq. Qeyd edək ki, iPhone 17 smartfon modellərinin təqdimatı 9 sentyabrda keçiriləcək.