“Apple” şirkəti bu il satışa çıxaracağı cihazların qiymətini qaldırmaq niyyətindədir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə təqdimatı planlaşdırılan “Apple” smartfonları şişirdilmiş qiymətlərlə satışa çıxarılacaq. Amerika şirkətinin “iPhone 15” model cihazlarını konkret hansı qiymətə satacağı məlum deyil, amma qiymət artımının yalnız premium modellərə təsir edəcəyi bildirilir.
Təxminlərə görə, “iPhone 15 Pro” və “15 Ultra” smartfonlarının qiymətini 100 dollar qaldıra bilər. Bu halda cihazların qiyməti müvafiq olaraq ən azı 1099 dollar və 1199 dollar olacaq. Belə bir addım əsas və premium telefonlar arasında 300 dollarlıq qiymət fərqi yaradacaq.