Yeni “iPad” planşetlərinin 2017-ci ilin martında təqdim ediləcəyi ilə bağlı məlumat yayılıb.
Yeni “iPad” planşetlərinin 2017-ci ilin martında təqdim ediləcəyi ilə bağlı məlumat yayılıb.
TİA.AZ “Planet-today” resursuna istinadən xəbər verir ki, “Business Insider” portalının ekspertləri qeyd edirlər ki, martda dünya çərçivəsiz ekrana malik “iPad” qurğusunun şahidi olacaq.
Ümumilikdə planşetlərin üç variantda – 9,7 düym ekranlı nisbətən ucuz qiymətə, 12,9 düym ekranlı mövcud modelin yeni variasiyası, eləcə də 10,9 düym diaqonallı yeni “iPad” modelinin təqdim ediləcəyi gözlənilir.
Sonuncu qurğu kiçik ekranlı model kimi eyni ölçüyə malik olmaqla çərçivəsiz olacaq. Planşetlərin çərçivəsiz olması ekran ölçülərini artıraraq qurğuların parametrlərini dəyişməz saxlamağa imkan verəcək.
Bir müddət əvvəl internetdə “Apple” şirkətinin 2017-ci ildə 10,5 düymlük “iPad” və 9,7 düym diaqonallı planşetin nisbətən ucuz qiymətə olan variantını təqdim edəcəyi barədə proqnozlar yayılmışdı. Ekspertlər, həmçinin hesab edirlər ki, yeni qurğular yaxşılaşdırılmış “OLED” displeylərlə 2018-ci ildən tez təchiz edilməyəcək.
2017-ci ildə yeni “iPad” planşetlərinin “iPhone” smartfonlarının 10 illik yubileyinə həsr ediləcəyi bildirilir.