İnvest MMC barəsində cərimə protokolu yazılıb.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydalarını pozduğuna görə cərimələnib.
İXM-nin 262.2.2-ci maddəsinə əsasən, su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə, fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İnvest MMC-nin işinə 28 mart tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Nigar