“İNVEST CONSTURCTİON” ŞİRKƏTİ SAKİNLƏRİ “TERROR” EDİR

“İNVEST CONSTURCTİON” ŞİRKƏTİ SAKİNLƏRİ “TERROR” EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnvest Construction MMC” tikinti şirkəti Bakının Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binanı sökür. Tribunainfo.az bildirir ki, 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmirlər. Şirkət isə buna məhəl qoymur və insanlar yaşadıqları halda binanı sökür. Bu haqda jurnalist Niyazi Niftiyev yazıb ki,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də deyir ki, “İnvest Construction MMC-yə tikinti aparmaq üçün müsbət rəy verilməyib.
Belə olan halda bu insanların narazı qalmasına dövlətin hüquq sistemi niyə biganə yanaşır?
Eyni proses Binəqədidə 5 il əvvəl yataqxananı söküb sakinləri aldadan şirkətlə də baş verib. Adamlar evlərini ala bilmir, baxmayaraq ki, bina hazırdı, satırlar, əsl sahiblərinə – sökdükləri yataqxanadan çıxarılanlara deyiblər ki, gedin hara istəyirsiniz şikayət edin. Pulunuzu yalnız hissə-hissə verə bilərik.
“Gedin hara istəyirsiniz şikayət edin” ifadəsi yaxşı səslənmir. Bu hərc-mərcliyin göstəricisi, daxili idarəçilikdə sistem xətasıdır. Bu vərdişə çevrilsə vəziyyətimiz heç də yaxşı olmayacaq.