“App Store”da çılpaq şəkilləri kənar baxışlardan gizlədən yeni əlavə yerləşdirilib.
“App Store”da çılpaq şəkilləri kənar baxışlardan gizlədən yeni əlavə yerləşdirilib.
TİA.AZ lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar bu əlavəyə “Nude: The Sexiest App Ever” adını veriblər.
Məlumdur ki, kibercinayətkarlar daim tanınmışların akkauntlarını sındırmağa və onların şəxsi məlumatlarına çıxış əldə etməyə çalışırlar. Bura onların çılpaq şəkilləri də daxildir. Məhz bunun üçün də tərtibatçılar “iCloud” buludunda olan çılpaq şəkilləri gizlədə biləcək mobil əlavə yaradıblar.
Əlavənin iş prinsipi olduqca sadədir. Proqram müstəqil olaraq istifadəçinin mediatekasını skan edir. Onun intim şəkilləri aşkar etdiyi halda, avtomatik olaraq onları ayrı bir qovluğa atır. Bu qovluğa girişi isə şifrə vasitəsilə yalnız mobil cihazın sahibi həyata keçirə bilər.
Əgər istifadəçinin “iCloud” buludu söndürülübsə, əlavə intim şəkillərə daxil olmanı blok edir. Beləliklə, bu şəkillər cihazdan uzaq heç yerə gedə bilmir. Həmçinin qeyd edilir ki, proqram hələlik videoyazıları tanıya bilmir.