backend

İNTİHAR EDƏN ŞƏXSİN ACİZLİK VƏ GÜCSÜZLÜYÜ ÖN PLANA ÇIXARILMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün mətbuatımız intihar hadisəsindən yazır. 

Hər gün mətbuatımız intihar hadisəsindən yazır. 

Dünən məktəb həyətində özünü ağacdan asan müəllim, bu gün yazar, hələ məşhur psixoloqumuzun intiharı… Nə baş verir cəmiyyətimizdə ?  Övladını gözü yaşlı qoyub hara gedir bu atalar?   Səbəbin arxasında dayanan faktlardan sosial- iqtisadi problemlər və ya uğursuz ailə, bəlkə də laqeyd mühit belə olsa da insan həyatda  yaşamağa özünə güc tapmalıdır. Ən azından dünyadan bixəbər olan övladının xətrinə…  

Yazıçı Əsəd Qaraqaplan gənc yazar Mövlud Mövludun intiharı ilə bağlı TİA.AZ-a münasibətini bildirdi: “Şair intiharı çox pis təsir edir. Belə ölümlər insanın belini qırır. Mən özüm xəstə yatağında bunu duyanda bir az daha çökdüm. Nə deyəcəyimi  bilməyəcək qədər yalnız hiss edirəm özümü. Belə xəbərlər eşidəndə. Məncə, artıq ox yayından çıxıb, nəsə yaxşı olacaq kimi görünmür. Məni qorxudan intiharlar deyil, onun arxasındakı hər günkü baş verən necə intiharlardır. Mövludu qınamıram da, çünki heç birimiz yaxşı halda deyilik. Yaxşı olmağımıza da nə bir səbəb var, nə də bir gələcək anlayışı.İntiharı cəmiyyətə “sırıyanlar” artıq öz meyvələrini dərməyə başlayıblar”. 

Ailə məsələləri üzrə araşdırmaçı-yazar Zaur Tahirsoy bildirdi ki, heç bir halda intihar çıxış yolu deyil: “Ümumiyyətlə intihar aktı ümidin bitdiyi an baş verir: “ Müasir zamanda KİV də təbliğ edilən neqativ hadisələr ən güclü provakatorlardan hesab edilə bilər. Bu hal bir növ verter effekti yaradır. Necə deyərlər “yaxşılığı desən yaxşılıq çoxalar, pisliyi desən pislik”. İctimai xadimin intiharı isə cəmiyyətə birbaşa mənfi təsir edir. Hər halda kimliyindən və vəzifəsindən asılı olmayaraq, intihar edən şəxsin acizlik və gücsüzlüyü ön plana çıxarılmalıdır. Gücsüz və zəif birindən nümunə insan ola bilməz”.

İlahə