İNTİHAR EDƏN HƏKİMİN AİLƏSİ MÜSTƏNTİQDƏN NARAZIDIR – BAŞ PROKURORA MÜRACİƏT

İNTİHAR EDƏN HƏKİMİN AİLƏSİ MÜSTƏNTİQDƏN NARAZIDIR – BAŞ PROKURORA MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin avqustunda intihar edən stomatoloq Müşfiq Bağırovun qardaşı Ramal Bağırov Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Tribunainfo.az xəbər verir ki, R.Bağırov müraciətində bildirib ki, müstəntiq Pərviz Cəlilov qardaşının qanını batırır:

“Cənab Kamran müəllim, İstintaq idarəsində Müstəntiq Pərviz Cəlilov 220626011 nömrəli cinayət işində 21 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edərək AR CM-nin 125-ci maddəsi ilə cinayət işinə xitam vermiş, qardaşımın qanını batırmış, cinayətkarların əməlini AR CM-nin 192.1. (qanunsuz sahibkarlıq) maddəsi ilə tövsif etmişdir. Qərar 21 iyunda qəbul edilsə də, bizə 11 iyul 2023-cü il tarixdə rəsmi müraciətdən sonra, çoxlu şikayətlərdən sonra verilmiş və həmin qərardan 10 gün ərzində şikayət vermək hüququmuz olduğu üçün hüququmuzdan istifadə edərək 14 iyul 2023-cü il tarixdə qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət etmişik.


Qərardan şikayət etdiyimizi xəbər tutan kimi Pərviz Cəlilov cinayət işinin materiallarını AR CM-nin 192.1. maddəsi ilə verilmiş ittiham hissəsində baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Halbuki bizim 10 gün ərzində şikayət etmək hüququmuz olduğuna görə müstəntiq həmin 10 günlük prosessual müddəti gözləməli idi. Hazırda müstəntiq cinayət işini məhkəməyə göndərdiyi üçün Binəqədi Rayon Məhkəməsi bizim şikayətimizə baxa bilmir. Müstəntiq bunu ona görə edib ki, onun AR CM-nin 125-ci maddəsi ilə cinayət işinə xitam verilməsi qərarından şikayət edə bilməyək, çünki müstəntiq həmin işdə xeyli qanunsuzluqlara yol verib və Lənkəran rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarında göstərdiyi məcburi göstərişlərin heç birini etməyib.
Cənab Baş Prokuror, xahiş edirəm Müstəntiq Pərviz Cəlilov barəsində tədbir görün və qərəzli araşdırmaları şəffaf şəkildə araşdırmaq üçün qərarı ləğv edərək 220626011 nömrəli cinayət materialını istintaqa geri qayatarın”.