İNTİHAR DALĞASI… 11 YAŞLI UŞAQ,  73 YAŞLI QOCA ÖZÜNÜ ASDI

İNTİHAR DALĞASI… 11 YAŞLI UŞAQ, 73 YAŞLI QOCA ÖZÜNÜ ASDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntihar halları artmaqdadır. Son 5 gün ərzində 4 intihar hadisəsi yaşanıb ki, onlardan ikisi eyni gündə baş verib. Bu hələ mediaya məlum olan faktlardır. 5 gün ərzində yaşanan intihar olaylarından birinin qurbanı isə 11 yaşlı yeniyetmə olub.

Tribunainfo.az xəbər verir ki, Lənkəran rayonunun dağlıq kəndlərindən biri olan Bəliton icra nümayəndəliyinin Horavenc kənd sakini 2012-ci il təvəllüdlü Surət Novruz oğlu Baxşıyev həyətlərindəki mal-qara tövləsində intihar edib.
11 yaşlı yeniyetmənin həyatına son qoymasının səbəbləri məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Qonşular S.Baxşıyevin deyib-gülən biri və dərslərində fəal olduğunu bildirirlər. Bacısının sözlərinə görə, qardaşı həmişəki kimi məktəbdən gəlib, yeməyini yeyib və velosipedlə harasa gedib. Qayıdıb gələndən sonra bu hadisə baş verib.

Şəmkirdə isə rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsinin səbəbi məlum olub. Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Məlum olub ki, Elnar Məmmədov tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib və nəticədə onu özünü öldürmə həddinə çatdırıb.
Elnar Məmmədova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

29 sentyabr tarixibdə isə Abşeronda 38 yaşlı kişi yaşadığı mənzildə özünü asıb. Hadisə Saray qəsəbəsində baş verib. 38 yaşlı Taleh Səfi oğlu Nəbiyev yaşadığı mənzilində özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Fakt araşdırılır.

Daha birən, 2 oktyabr tarixində Sumqayıtda baş verib. Şəhər sakini özünü asıb. Hadisə 36-cı məhəllədə baş verib. 73 yaşlı Yusif David oğlu Həsənov kirayə qaldığı mənzilin mətbəxində özünü qaz borusundan asıb. Faktla bağlı araşdırma aparılır.