İnterpolun yeni prezidenti seçilib.
İnterpolun yeni prezidenti seçilib.
TİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, İnterpolun yeni sədri Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey olub.
Hunvey 2012-ci ildən İnterpola rəhbərlik edən fransız xanım Miley Belestrazini əvəz edib.
İnterpolun Rusiya Milli Bürosunun sədri, general-mayor Aleksandr Prokopçuk isə təşkilatın vitse-prezidenti seçilib