İnternetlə həkim tapmaq dəb halını alıb. Özünüzü həvalə etdiyiniz həkimin, cərrahın yaxşı olar ki, birinci təhsili ilə maraqlanasız. Çoxu narazı qaldığı əməliyyat nəticəsindən sonra bilir ki, həkimin tibbi təhsili yoxdur.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə həkim Vaqif Qarayev çıxış edib. O bildirib ki, xüsusilə estetik əməliyyatlarda ölüm hallarının əsas səbəbi işi görənlərin tibb təhsillərinin olmamasıdır:
“Estetik əməliyyatlar dəbdədir. Bir çox cərrahlar bu istiqamətdə çalışır, çünki tələb var! Mətbuatda tez-tez “filankəs filan əməliyyatdan sonra dünyasını dəyişdi” kimi xəbərlər gedir. Əslində necə olur? X xanım internetdə Y həkimlə tanış olur. Həkim deyilən şəxs bol-bol özünü tərifləyəndən sonra müştərinin razılığını alır. Nəticə pis olanda məlum olur ki, Y həkimin tibbi təhsili yox imiş!
İnternetlə həkim tapmaq yeni bir şeydir. Heç kimə bu əməliyyatları etdirmək qadağa deyil, amma cərrah deyilənin təhsili ilə maraqlanın, sertifikatı və bu sahədə işləmək icazəsi ilə də maraqlanın. Onda məni əməliyyat edən “fizioterapevt, lazeroloq, manikür edən, saç düzəldən imiş” kimi peşmançılıq yaşamazsınız”.
Nigar