İnternetdən aldığı divandan görün nə çıxdıbackend

İnternetdən aldığı divandan görün nə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında yaşayan bir qadın internetdən tapdığı pulsuz işlənmiş divanı evə gətirərkən yastıqların içərisində tapdığı şeydən şoka düşüb. Qadın dərhal oturacağı aldığı ailə ilə əlaqə saxlayıb.

Tribunainfo.az milliyet-ə istinadən xəbər verir ki,ABŞ-da yaşayan Viki Umodu onlayn reklam vasitəsilə ölən şəxsin ailəsi tərəfindən hədiyyə edilən pulsuz oturacaq əldə etmək istəyib.

Gənc qadın divanı evə aparanda yastıqların arasından 36 min dollar tapıb. Məəttəl qalmış qadın tez ailə ilə əlaqə saxlayıb və pulu qaytarıb.

Umado ailənin ona vicdanlı hərəkətinə görə 2200 dollar mükafat verdiyini bildirib.

Dəniz Pənahova