Avropa səyahətinə çıxan 25 yaşındakı Antoni Botta bir qəpik belə xərcləmədən səfər edir. Tinder vasitəsilə tanış olduğu qadınların evində qalan Botta bunun sayəsində dünya səyahətini havayı edir. Brüsseldə yaşayan adam 20 fərqli şəhər gəzdi. Tanış olduğu 21 qadının evində qonaq qalan Botta bu səfər kəşfinə Tinder-surfing adını verib. Motta Avropanı heç pul xərcləmədən gəzən ilk insan olduğunu iddia edir.
Instagram və Youtube-dan səfəri ilə bağlı şeylər paylaşan italyan oğlan Tinderin istifadəçiləri insanlarla cütləşmək istədikləri şəhərləri seçmələrinə icazə verən pullu versiyasından istifadə edir. Antoni iki aylıq səfəri zamanı Belçika, Hollandiya, Almaniya, Avstraliya, Macaristan, Polşa, Slovakiya və Çexiya kimi ölkələrə gedib. Antoni bəzən ev sahibi ilə gecələdiyini, bəzənsə divanda gecələdiyini deyir.
“Həqiqətən də vasvası deyiləm, çünki son nəticədə tək istədiyim şey qalacaq bir yerdir” deyən Botta Vyana xaricində istədiyi hər şəhərdə qalacaq bir ev tapmağa nail olub. Vyanaya isə Bratislavada qalaraq gedib gəlmiş.