Bu gün internetlə bağlı “Baktelekom”a getmişik. Sənəd istəyir, deyirəm my.gov.az-da hamısı var, girib oradan yollayaram. Qadın deyir: “Kağız formasında gətirin, biz internetdən istifadə etmirik”.
Tribunainfo.az yazır ki, bu tragikomik halla jurnalist Aynur Elgünəş üzləşib. O bildirib ki, internet provyderinin ofisində internet yoxdur:
“Şok yaşadım, internet satan qurumda kompüterdən, internetdən istifadə olunmur. Təsəvvür edin, sənədin fotosunu çəkib qadının “Whatsapp”ına göndərmişik”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar