“İnternational Medical Centre” məhkəməyə verilib.Tribunainfo.az xəbər verir ki, klinika ilə bağlı iddianı Hacıyeva Gülnarə Cəmil qızı və Qasımova Təranə Səfər qızı qaldırıb. İşin mahiyyəti mülkiyyət hüquuq ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.
Klinika ilə bağlı başladılmış işə Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar