“İnternational Medical Centre 2” klinikası piyadaları belə təhlükəyə atır  – Foto

“İnternational Medical Centre 2” klinikası piyadaları belə təhlükəyə atır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonu ərazisində yerləşən “International Medical Centre 2” klinikası piyada səkisini zəbt edib.

Tribunainfo.az xəbər verir ki, klinikanın yerləşdiyi Aşıq Molla Cümə küçəsində hərəkət etmək üçün piyada səkisi qalmayıb. Səkini zəbt edən klinikanın üçmərtəbəli korpusunun giriş hissəsi səkidə inşa edilib. Devizi “Bizimlə sağlam yaşa” ifadəsi olan klinikaya görə hər gün piyadalar təhlükə ilə üzləşirlər, sağlamlıqlarını təhlükəyə atırlar.
Sakinlər bildirir ki, piyada səkisində hərəkət etmək mümkün deyil. Xüsusilə uşaq arabası ilə hərəkət edən analar məcburiyyətdən avtomobil yolu ilə getməli olurlar. Sakinlər bildirib ki, dəfələrlə burada piyadaların avtomobillə vurulması təhlükəsi yaşayıb.
“Küçədə heç 50 metrlik səki anlayışı yoxdur, məcbur yola çıxırıq, mənim özümü az qala maşın vuracaqdı”-deyə, sakinlərdən biri bildirib.
Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar