“İnternat Məzunlarının Biznes Emalatxanası” layihəsi uğurla başa çatıbbackend

“İnternat Məzunlarının Biznes Emalatxanası” layihəsi uğurla başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emalatxana çərçivəsində layihə iştirakçılarına biznes, maliyyə savadlılığı, sahibkarlıq, sosial adaptasiya və psixoloji dəstək təlimləri baş tutdu. İkinci hissədə Dövlət Məşğulluq Agentliyindən avadanlıq almaları üçün layihə iştirakçılarına  biznes plan hazırlanması ilə bağlı seminar veriləcək və praktiki hiisəsində biznes plan hazırlanacaq.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunu maliyyə dəstəyi ilə keçirilir. Layihənin məqsədi internat məzunlarının karyera və sahibkarlıq imkanlarının artırılmasıdır.

Layihə çərcivəsində, cəmiyyətin həssas təbəqəsi olan internat məktəbi məzunlarının xüsusi həssas qrupu olan həbsxanadan yeni çıxmış və ya insan alverinin qurbanı olmuş şəxslərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, öz icmalarının yaradılması, inkişaf etdirilməsi məqsədi daşıyır.
Layihədə əsas istiqaməti internat məzunlarının xüsusi həssas qrupununun, sahibkarlıq fəaliyyətinə dəstək verməklə onların cəmiyyətə sahibkar kimi inteqrasiyası, məşğulluq problemlərinin həlli üçün aktual səbəbləri nəzərə alaraq onlara həm nəzəri, həm də praktiki dəstək verməkdir.
Proqram çərçivəsində iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq, biznes və sosial adaptasiya olunması mövzularında təlimlər keçiriləcək. Bundan əlavə 5 nəfər üçün biznes plan hazırlanacaq, özünüməşğulluq proqramı üçün müraciətlər hazırlanacaq və paralel olaraq sahibkarlıq üzrə keçirilən konsultasiyalar vasitəsilə iştirakçılar Dünya Bankı, Məşğulluq Agentliyi , Peşə Təhsili Üzrə Dövlət Agentliyi ilə əlaqəli çalışmaqları üçün imkanlar barədə məlumatlandırılacaq və xüsusi müraciət formaları hazırlanaraq təmin ediləcək.