Argentina millisinin futbolçusu Lionel Messinin “İnter Mayami”yə keçidi ilə əlaqədar ABŞ klubunun sosial şəbəkədə izləyicilərinin sayı 10 dəfə artıb.
Tribunainfo.az-ın məlumatına görə, MLS təmsilçisi ölkədə məşhurluq baxımından ilk “5-liy”ə daxil olub.
“İnter Mayami” 36 yaşlı hücumçunun keçidini iyunun 7-də açıqlayıb. Həmin vaxt komandanın instaqramda 900 minə yaxın izləyicisi olub. Hazırda isə bu rəqəm 8,6 milyona çatıb.
ABŞ-da yalnız 4 idman klubu “İnter Mayami”dən daha çox abunəçiyə malikdir. Bunlar “Çikaqo Bullz” (9,8 milyon), “Klivlend Kavalyers”, “Los-Anceles Leykers” və “Qolden Steyt Uorriorz”dur.
Qeyd edək ki, Lionel Messi son olaraq Fransada PSJ-nin formasını geyinib.