“İnstagram” istifadəçilərinə şad xəbər: Artıq GİF-lərlə şərh yaza biləcəksinizbackend

“İnstagram” istifadəçilərinə şad xəbər: Artıq GİF-lərlə şərh yaza biləcəksiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Instagram” istifadəçilərə GIF-lərlə şərh yazmaq imkanını təqdim edib.

Tribunainfo.az xəbər verir ki, dünyanın ən məşhur foto və video paylaşma proqramlarından biri olan “Instagram” son günlər yeni funksiyalarla gündəmə gəlməyə başlayıb.

Bu xüsusiyyətlərdən ən diqqət çəkəni GIF-lərlə şərh etmək imkanıdır. Ötən həftələrdə açıqlanan xüsusiyyət tədricən istifadəçilərə təqdim edilməyə başlayıb.
“Instagram” istifadəçilərə GIF-lərlə hekayə və yazılara şərh yazmağa imkan verən yeni funksiyanı işə salıb. Bu yolla istifadəçilər GIF-lərlə bəyəndikləri məzmuna şərh yaza biləcəklər.
Platformada paylaşılan GIF animasiyalarının mənbəyi yenə Giphy olacaq. Yavaş-yavaş yayılan yeni funksiya tezliklə hər kəs üçün istifadəyə veriləcək.