İnsanların yalan danışdığını necə bilmək olar?

İnsanların yalan danışdığını necə bilmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər aşkar ediblər ki, insanın yalan danışıb-danışmadığını müəyyən etmək üçün effektiv üsul var.

Tribunainfo.az xəbər verir ki, bu barədə İsveçin Göteborq Universitetinin hüquq psixologiyası üzrə bir qrup mütəxəssisi yeni araşdırma aparıb.

Qeyd olunur ki, bir qrup tədqiqatçı yalan danşanlarının aşkarlanması ilə bağlı 50 ekspertin fikirlərini öyrənib və belə nəticəyə gəlib ki, faktları yoxlamaq, suallar vermək və insanların dediklərinə çox diqqətlə qulaq asmaq lazımdır.

Məsələn, onlar müəyyən ediblər ki, bir insanın bədən dilini izləmək, o insanın yalan danışıb-danışmadığını müəyyən etməyə kömək edəcək, o halda ki, potensial yalançı sizin yaxşı tanıdığınız birisidir. Ancaq yad bir insanla qarşılaşırsınızsa, bədən dilini müşahidə etmək həqiqəti yalandan ayırmağa kömək etməyəcək. Bu, hətta işi çətinləşdirə bilər.

Tədqiqatçılar bütün diqqətinizi insanın əslində nə dediyinə yönəltməyi tövsiyə edir.

Göteborq Universitetinin psixologiya professoru və tədqiqatın müəlliflərindən biri Per-Anders Granhag, “Etibarlı qeyri-verbal işarələr yoxdur, lakin etibarlı verbal işarələr var” deyib.

Əksər ekspertlər yalançıların doğru insanlardan daha az təfərrüat verdiyi ilə razılaşırlar.

Kiminsə həqiqəti söyləyib-demədiyini müəyyən etməyə çalışmağın başqa bir yolu dedikləri faktları yoxlamaqdır. Tədqiqatçılar onun sizə dediklərini təsdiq və ya inkar etməyə çalışmağın bədən dilini öyrənməkdənsə, vaxtınızı daha yaxşı istifadə etməyi təklif edirlər.