Bioenergetikada insanların üzləşdiyi xəstəliklərin əsas səbəbini onların düşübncə və emosiyalarının məhsulu kimi dəyərləndirilir. Bioenergetikada insanların üzləşdiyi xəstəliklərin əsas səbəbini onların düşübncə və emosiyalarının məhsulu kimi dəyərləndirilir.
İnsandakı enerjinin universal forması olan düşüncə yaradıcı olduğu kimi, dağıdıcı gücə də malikdir. Belə ki, insane düşüncə və emosiyaları ilə kainata, həmçinin, ətrafa hansı mesajı göndərirsə, o cür enerjini də qəbullamış olur.
Bioenergetik, prixo-terapevt Rafiq Cərullayev Moderator.az-a açıqlamasında həkimlərə müraciət edilən mərhələdən əvvəl, insanın özünü düşüncələri ilə müalicə etməsini məsləhət görür:
“Xəstəlik, enerji balansının doğuşdan karmik və sonradan düzgün olmayan həyat tərzindən – yəni kainatın qanunlarına düzgün əməl etməməkdən yaranır. Bu proses həm ruhi, həm də fiziki cəhətdən baş verir. Bunların hamısı nəticədə bədəndə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Bədən psixi və fiziki cəhətdən zəhərlənir.
Psixikamızda və bədənimizdə kirəclənmə yaranır. Fiziki cəhətdən bədənimizdə kirəclənmə yarandığı anda psixi cəhətdən də mənfi düşüncə, hislər və emosiyalarda bu proses həyata keçir. Hazırda insanlarda maddi və mənəvi təlabatlarla əlaqədar, gərgin, mənfi emosional vəziyyətlər yaranmaqda davam edir. Bu kimi hallar insanların davranışında getdikcə çoxalır. Səbəbi hazırda bazar iqtisadiyatı, başqa gözləntilərlə, çevrəmizdə baş verən haqsızlıqlarla əlaqədardır. Arzu və gözləntilər insanların maraqlarına uyğun olmayanda ümidlər tükənir, dərd, qüssə, kədərə çevrilir və sonda ruhi sıxıntılar baş verir.Bu da sonda yaşamaq arzusundan imtina etmək, peşmançılıq, hətta intihar istəyi yaradır. Stress, depressiya kəskinləşdiyi anda klinikalarda həkim axtarmağa, çoxlu dərmanlar qəbul etməyə başlayırıq. Lakin bunların faydası az olur. Ona görə də düşüncələrimi dəyişək ki, həyatımız da dəyişsin”.