İnsanlar və balinalar: Alyaskanın yerli sakinləri necə yaşayırlar – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiliya Yuan – yerli xalqın gündəlik həyatını kadrlarda göstərməyə və ətraf mühitə diqqəti cəlb etməyə çalışan nanay fotoqrafıdır.

Onun yeni layihəsi qədim zamanlardan dəniz məməlilərini ovlayan inupiatların (Alyaskada yaşayan xalq) həyatına həsr olunub. İnupiat-balıqçılara məhdud həcmdə Qrenlandiya balinası ovlamağa icazə verilir.

Balina ovu qarpunla (balıq ovlamaq üçün əmək aləti) əldə etməyə nail olan ilk gəmilər arasında bölüşdürülür. Bölüşməyə baş gəminin heyəti cavabdehdir.

Yuxarıdakı şəkildə Flora Aiken yaz mövsümünün ilk balinasının xeyir-duasını verir. İnupiatlar çox mövhumatçı xalqdır. Onların mənəvi həyatının mərkəzində – balinanı cəmiyyətə hədiyyə vermək dayanır.

Bu çadır düşərgəsi inupiatların qəsəbəsinin bir neçə kilometrliyində ov mövsümü üçün dəniz buzunda açılıb.

6 yaşlı Steaven Reich atasının umiakını – balina ovlamaq üçün qayığı öyrənir. Onun atası Ted – cənub heyətinin kapitanı oğlunun ilk dəfə onunla balina sənayesində olmasından məmnundur.

“Mən oğlumla qürur duyuram. O, balina ovlamağı öyrənmək üçün burdadır “, – o deyir.

Belə sərt şəraitdə donmamaq üçün inupiatlar kuok yeyirlər. Kuok onların diliylə dondurulmuş çiy ət və balıq deməkdir.

İnupiatların yeməklərinin daha vacib bir hissəsi də suitilərdir. Misiqak və ya suiti piyi, bu sutilərdən əldə edlən mayedir. Yeməkdə istifadə edilmədən əvvəl onu bir neçə gün dondurulmuş vəziyyətdə saxlayırlar.

Sigwan Caleac və onun atası Raly bütün ömrü boyu balina ovuyla məşğul olublar. Baxmayaraq ki, balina sənayesi dünya balinalarının sayına ciddi zərbə vurub, inupiatlar bu işlə məşğul olmağa davam edirlər. Bernadette Adams balinanı qarpunla ovlamağa nail olan ilk qadın-inupiatdır.

“Mənim qardaşlarım yoxdur, ona görə də ailəmə kömək etməyin bir yolunu tapmalıydım “, – o deyir.

İnupiat-ağsaqqal Foster Simmonds balina ovuyla uşaqlıqdan məşğul olur.

North Sloup hökumətində çalışan Maasak Levitt oğlunun Facebook-da atasının çox məşğul olduğunu və balina ovuna vaxtı olmadığını yazan zaman çox kədərlənib. Maasak ümid edir ki, oğlu bir gün onun hökumətdəki fəaliyyətinin inupiatların ənənəvi təcrübəsini qorumağa kömək etdiyini başa düşəcək.

Nalukatak yay balina festivalı zamanı bütün kənd uğurlu ov mövsümünü bayram edir və balinalara səxavətlərinə görə təşəkkür edirlər.

Burada biz uğur qazanan balina ovçularının havaya atıldığını görürük. Onlar 9 metrə hündürlüyə qalxır, toplaşanların vəzifəsi isə onlar üçün yumşaq eniş yeri təmin etməkdir.