backend

İnsanla Şimpanze cütləşə bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanla onun ən yaxın qohumu olan şimpanzelər biri birindən törəyə bilməz.  

İnsanla onun ən yaxın qohumu olan şimpanzelər biri birindən törəyə bilməz. 


Eyni şəkildə oranqutanlar və qorillərdə. Bunun səbəbi xromosom sayının insanlarda və digər böyük humanoid meymunlarda fərqli olmasıdı. Buna baxmayaraq, təbiətdə fərqli xromosom sayına sahib növlər arasında bəzən törəmə müşahidə edilə bilər. Fərqli xromosom sayına sahib olmaq soyların qarışmağının qarşısında tam bir baryer deyil. Təbiətdəki bu fenomenə xromosomal polimorfizm deyilir.

Bəs şimpanze ilə insan arasında cütləşmə təcrübələri edilmişdimi?

Sovet bioloqu Ilya İvanoviç Ivanov 1920-ci illərdə sınaqlar etmişdi. Bunun üçün başlanğıcda öz spermalarını istifadə etmiş və dişi şimpanzelərin döllənməsinə çalışmışdır. Sınaqlarından heç biri şimpanzenin hamilə qalması baş vermədi. Sonra isə əskini sınamış və 1929-ci ildə erkək böyük insanabənzər meymunlarla könüllü olan qadınları döllənməyə çalışmışdır amma əlindəki son oranqutan da təbii yollardan öldüyü üçün təcrübələri davam etdirə bilməmişdi. 1 il sonra Sovet rəhbərliyi onun bu təcrübələrinə maneə törətmiş və siyasi tənqidə məruz qalmış, buna görə də Qazaxıstana sürgün edilmişdi. 2 il sonra da çalışdığı Qazaxıstan Dövlət baytarlıq İnstitutunda həyatını itirmişdi.

1977-ci ildə J. Michael Bedford insan spermasının dişi gibon meymunun yumurtahüceyrəsindəki qoruyucu xarici membranı yara bildiyini müəyyən etmişdi. Lakin elə həmin tədqiqatda insana bənzəməyən babun, rhesus və sincaba bənzəyən meymun kimi cinslərdə insan spermasının bu membranın yaxınlığından belə keçmədiyi qeyd etmişdir. Bu da insan spermasının özünəməxsusluğunun təkcə insan ilə məhdud olmadığına, yəni insana xas olmasına baxmayaraq, böyük ehtimalla sadəcə Hominoidlər növünü (yəni insanabənzər böyük meymunlar) əhatə etməklə məhdud olduğu nəticəsinə gətirib çıxarmışdır. Yəni insan sperması təkcə insana xas deyil və insanabənzər böyük meymunlarla da oxşarlığa sahibdir.

Yaxşı insanlarla şimpanzelər daha əvvəl çütləşə bilirdi?

Bəli, insanla şimpanzelərin ataları bundan 5-6 milyon il əvvəl iki qola ayrıldıqdan sonra, 1,2 milyon il daha genetik olaraq bir-birləriylə çütləşib törəyə biləcək vəziyyətdə idilər. 2006-ci ildə edilən bir araşdırma bunu ortaya qoymuşdu ancaq indiyə qədər buna dair hər hansı bir fosil tapılmamışdır. Bu genetik araşdırmanın fosil tapıntıları ilə də təsdiq etmək lazımdır.

Şimpanze Oliver

Daha əvvəl 1970-ci illərdə Oliver adlı fövqəladə bir şimpanze haqqında insan / şimpanze mələzi olacağına dair söz-söhbətlər edilmişdi və mediada böyük maraq görmüşdü amma Tokyada edilən genetik analizlər nəticəsində Oliverin bir Bonobo (şimpanzelərin bir alt növü) olduğu qətiliklə təsdiqlənmişdir.

 

İnsan meymundanmı yarandı?


“İnsan meymundan yarandı” cümləsi səhv başa düşülür. Çünki bütün canlılar kimi müasir meymun növləridə təkamüllə inkişaf edərək günümüzdəki formasına gəlmişdir. Bu anlayışın bir çox variantlarında, məsələn əgər “meymun” dedikdə müasir meymunlar nəzərdə tutulsa, səhv olacaq. Biz nə şimpanzelərdən, nə oranqutanlardan, nə də qorillalardan yaranmamışıq. Çünki onlar özləridə zamanla təkamül etmiş növlərdir. İnsan onlarla ortaq əcdada sahibdir: insan və şimpanzenin son ortaq əcdadı 6-7 milyon il əvvəl yaşamışdır, elə ondan da yaranmışıq. “Bioloji taksonomiya nöqteyi-nəzərindən bu ortaq əcdad primatlar dəstəsinə, qıyıqburunlu meymunlar qrupuna aid idi. Amma taksonomiya nöqteyi-nəzərindən insan meymundan yaranmayıb, elə özü meymun növüdür, insana oxşar primatlara aiddir. Həmçinində eyni zaman dilimdə yaşayn bir canlının digər bir canlıya çevrilməsi mümkün deyil.

 

Taryel Abdullayev