İnsanda neçə növ təzyiq olur? – Təkcə ürəkdən deyil

İnsanda neçə növ təzyiq olur? – Təkcə ürəkdən deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adətən pasiyentlər bir növ təzyiqdən danışır, onu da qoldan tonometrlə ölçürlər. Bu ürək təzyiqidir. Amma digər növ təzyiqlər də vardır ki, onlar barədə az danışılır, evdə də ölçmək çətindir.

Bu təzyiqlər də orqanizm üçün ciddi problemlər yaradır.
“Medicina” xəbər verir ki, məşhur həkim Yelena Malışeva təzyiqin növlərini sadalayıb.
– Kəllədaxili təzyiq – bunu adətən körpələrə təyin edirlər. Amma bu böyüklərdə də olur. Kəllədaxili təzyiq kəllənin daxilindəki təzyiqlə ətrafdakı təzyiq arasında böyük fərqin olmasıdır.
O yüksələndə beyin toxumalarına təzyiq düşür, bu da qıcolma, beyin probleminə səbəb olur. Kəllədaxili təzyiqi təyin etmək üçün neyrosonoqrafiya olunur. Eləcə də MRT oluna bilər.
– Gözdaxili təzyiq – gözdə olan mayenin dövrü pozulur, orda ödem əmələ gəlir, nəticədə gözdaxili təzyiq yaranır.
Bu mayenin durğunluğu, təzyiq görmə üçün təhlükəlidir, görmə sinirini zədələyə bilər.
Hazırda gözdibi təzyiqi ölçmək üçün ev cihazları satılır. Normal göstərici 22 mm civə sutunudur.
Təzyiq varsa göz həkiminə gedilir.
 
– Ağciyər təzyiqi
 

Orqanın arteriyasından ölçülür. Əgər bu təzyiq yüksəlibsə ağciyər hipertenziyası deyilir. Xəstədə təngnəfəslik olur
Ağciyərdə və ürəkdə problem olduqda, ağciyər təzyiqi yaranır. Onu ancaq xəstəxanada qeyri-invaziv yovlaya bilərlər.