İnsan üçün ən faydalı 10 qida

İnsan üçün ən faydalı 10 qida

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Limon– Bir limonun tərkibi insan orqanizmi üçün lazım olan bir sutkalıq  C vitamini ilə zəngindir.  C vitamini hər kəsə məllum olan  faydalarla yanaşı, yüksək sıxlığa malik lipoproteinləri, faydalı xolestrenini  yüksəltməyə və sümük hüceyrələrini bərkitməyə kömək edir.

Limonun tərkibindəki sitrus flavonoidləri təbii bioloji aktiv birləşmələrdir və soyuqdəymə əleyhinə fəaliyyət göstərir,  qan təzyiqini aşağı salır, xərçəng hüceyrələrinin yaranmasını zəiflədir.

Brokkoli-Bu bitkinin  tərkibi insan orqanizmi üçün  bir sutkalıq  Ki vitamini ilə zəngindir. K vitamini sümüklərdə və birləşdirici toxumalarda madddələr mübadiləsində vacib rol oynayır. Həmçinin brokkolinin tərkibində  orqanizmi üçün lazım olan C vitamini iki sutka insan orqanizminə bəs edə bilər.Bu bitki onkoloji xəstəliklərin müalicəsi zamanı əvəzsiz qidadır. Tərkibindəki sulforofan və daha iki aktiv maddə immun sistemini aktivləşdirir və xəstəliklərlə daha güclü mübarizə aparmağa kömək edir.

Acı şokolad– Gün ərzində cəmi 7 qram acı şokolad ( bu bir plitka şokoladın kiçik kvadratı boyda) qan təzyiqini aşağı salmağa kömək edir. 100 faizli acı şokoladın tərkibində süd və süd məhsulları olmamalı, tərkib kakao yağıl, 70 faizdən az olmayaraq kakao kütləsi, bir qədər şəkərdən ibarət olmalıdır. Kakao tozu antioksidantlarla zəngindir, bu qanın tərkibindəki pis  xolesterinin səviyyəsini azaldır, yaxşı xolesterinin səviyyəsini yüksəldir, qan dolaşımını sürətləndirir və əsəb sisteminə  yaxşı kömək edir. Yüksək kolorisinə baxmayaraq acı şokolad orqanizm tərəfindən asan mənimsənilir və kökəlməyə səbəb olmur (əlbəttə  dozanı  artırrmamamq şərti ilə). Tərkibində yüksək kofein olduğuna  görə uşaqlar üçün  ziyanlıdır.

Kartof- Kartofun  qırmızı rəngli  növlərində yeni hüceyrələrin sağlam inkişafı və böyüməsinə xidmət edəcək  qədər fol turşusu var. Bu bir  dəstə ispanaq və brokkolinin   tərkibində olan  fol turşusundan daha çoxdur.Ümumiyyətlə, kartof ət məhsullarından daha az kalorili və daha sağlam qidadır. Şirin kartofun tərkibində bir surtkalıq A vitamini vardır ki, bu da  xərcəng hüceyrələri ilə mübarizə aparmağa kömək edir, immun sistemini gücləndirir.

Qızıl balıq –Bu balıq omeqa 3 yağları ilə zəngindir ki, bu maddə də depressiya ilə mübarizə aparmağa kömək edir, ürək və xərçəng xəstəliyinə qarşı faydalıdır. Bu təbii afrodiziak insanın seksual həyatını aktivləşdirən ən yaxşı qida maddələrindən biridir. 150 qram qızıl balığın  təkibində insan orqanizmi üçün bir sutqalıq nikotin turşusu ( PP və B3 viaminləri) var ki, bu da Alshaymer  xəstəliyi, yaddaşsızlıqla mübarizədə əla vasitədir.

Qoz – tərkibi omeqa3 yağları ilə zəngindir. Yuxarıda qeyd etdiyimiz faydalarla yanaşı bu yağlar əhval- ruhiyyəni yüksəldir, xolesterinin səviyyəsini azaldır, beyinin serotonin ifrazını gücləndirməklə insanda xoşbəxtlik duyğuları yaradır. Qoz yüksək koloriyə malikdir buna görə gün ərzində 8 ədəddən çox qoz yemək kökəlməyə səbəb olur.

Avakado- Bu meyvənin tərkibindəki liflər və faydalı yağlar bağırsağın sağlam işini təmin edir, qanda xolesterinin səviyyəsini azaldır, ürək xəstəlikləri riskini azaldır. Qida maddələrinin zəngin birləşmələri, vitamin  və antioksidanlarla bol olan avakado dərini hamarlaşdırır, iltihabi xəstəliklərlə və dəri iltihabları ilə mübarizə aparmağa  kömək edir. Dəri səpgiləri, ekzema poriaz kimi xəsətliklərə yaxşı təsir  göstərir.

Sarımsaq – Bağırsaq çöpləri də daxil olmaqla bütün növ viruslarla mübarizədə ən yaxşı vasitədir.Bu təbii antibiotik qan təzyiqini də aşağı salmağa kömək edir. Sarımsağın tərkibində olan allisin adlı faydalı maddə isti dəyən kimi parçalanıb  məhv olduğuna görə sarımsağı çiy yemək  faydalıdır.

İspanaq– tərkibi lütein və zeaksantinlə  zəngin olub, təbii antioksidant rolunu oynayır, orqanizmin müdafiə funksiyalarını möhkəmləndirir.Xərçəng  xəstəliyinə qarşı faydalıdır.

 Paxlalı bitkilər -Həftədə 4 dəfə  lobya yemək ürək xəstəlikləri riskini 22 faiz azaldır və   döş xərçənginin yaranmasının qarşısını alır. Ümumiyyətlə, tərkibindəki yüksək zülallara görə uzun sürən xəstəliklərdən sona orqanizmin bərpa olunmasına kömək edir. Bu mənada  paxlalı bitkilər  ancaq ətdən geri qalır.

Bizim Yol