İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad: ARAŞDIRMA – VİDEO

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad: ARAŞDIRMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV aşiq olduğu kişinin məhəbbətini qoruduğu üçün ürəyini çıxarıb yataq otağında saxlayan, insan dərisindən əşyalar düzəltdiyinə görə “Frau Abajur” ləqəbi alan çoxuşaqlı “Buxenvald ifritəsi” İlza Kox haqqında araşdırma edib. İlza Kox 1906-cı ildə Drezden şəhərində fəhlə ailəsində anadan olub.

Gəncliyində makinaçı, kitabxanaçı, mühasib işləyib. 1932-ci ildə Milli Sosialist Alman Fəhlə Partiyasının üzvü olub. 1934-cü ildə o, gələcək əri Zaksenhauzen düşərgəsinin komendantı Karl Otto Koxla tanış olur. Evləndikdən sonra cütlük Buxenvald konsentrasiya düşərgəsinə köçür, ərinin komendant vəzifəsinə keçməsi İlzaya bütün düşərgənin qadın şöbəsinə nəzarət etmək imkanı verir.

Çox keçmədən məhbuslar ağ atın üstündə dolaşan, qarşısına çıxan hər kəsi vəhşicəsinə qamçı ilə döyən, itlər üçün tikə-tikə edən İlzadan çox qorxmağa başlayırlar. İlza kişi məhbusları saatlarla həyətdə çılpaq saxlayıb dərilərində döymə axtarırdı. Döyməsi olan hər adamı öldürtdürüb dərisinin döymə hissəsini kəsib, müxtəlif əşyalar tikməyə başlayır.

Ən gözəl döymələrdən öz əlləri ilə düzəltdiyi abajurla fəxr etdiyi üçün onu “Frau Abajur” adlandırmağa başlayırlar. İlza insan dərisindən məmulatların istehsalını genişləndirir, onlardan əlcək, çanta, kitab üzlükləri, pul kisələri hazırlamağa başlayır. İlza insanın daxili orqanlarının şəxsi kolleksiyasını yaradır.

Bir gün əsirləri sıraya düzüb döymələrə baxarkən İlza slavyanəsilli hündürboy, yaraşıqlı kişi ilə qarşılaşır. Onu ayrıca otaqda saxlamağı və qidalandırmağı əmr edir. Bir həftəyə özünə gələn əsiri yanına çağırır və ona dəlicəsinə aşiq olduğunu etiraf edir.

Əsir faşistlərə nifrət etdiyini deyir və İlzanın bütün təkliflərini rədd edir. Bundan qəzəblənən İlza əsirin ürəyindən güllələnməsini təşkil edir və içində güllə olan ürəyi xüsusi məhlula yerləşdirərək yataq otağında saxlayır.

Ətraflı süjetdə: