Çeynəmə əzələlərinin dərinliyində əvvəllər tibbə məlum olmayan yeni əzələ strukturu tapılıb.
TİA.AZ xəbər verir ki, bu kəşf barədə İsveçin Anatomiya institutunun alimləri məlumat verib.
Bu vaxta kimi hesab edilirdi ki, çeynəmə əzələsi dərin və səthi əzələ qatlarından ibarətdir. Lakin alimlər çoxdan şübhələnmişdi ki, bu qatlar altında daha biri var.
Alimlər 16 nəfər yeni vəfat etmiş insanın çeynəmə əzələlərinin komputer tomoqrafiyasını dəfələrlə çəkib, incələyərək, üçüncü, ən dərin əzələ qatını aşkarlayıblar. Bu əzələ gicgah sümüyü ilə aşağı çənənin bir hissəsini birləşdirir.
“Musculus masseter pars coronidea adını alan bu əzələ seqmenti anatomik olaraq digər 2 yanaşı əzələdən fərqlənir. Bu əzələ alt çənənin vəziyyətini və geri çəkilməsini stabilləşdirir. /medicina.az